Meksikada zəlzələ olub

  • By ilhame
  • 18 Fevral 2024 10:29

Meksikanın Herrero ştatında 5,1 maqnitudada zəlzələ qeydə alınıb.

 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, zəlzələ 187 min nəfər əhalisi olan Çilpansinqo şəhərinin 43 kilometr cənub-qərbində baş verib.

 

Zəlzələ ocağı 80 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Gununsesi.info