Meksikadan çıxan minlərlə miqrant ABŞ sərhədinə doğru gedir – FOTO

Minlərlə Mərkəzi Amerika və venesuelalı miqrant keçən həftə Meksikanın cənubundan ABŞ-a yola düşüb.

Gununsesi.info xəbər verir ki, Mərkəzi Amerika və Venesueladan olan minlərlə qeyri-qanuni miqrant oktyabrın 30-da ABŞ-a keçmək ümidi ilə Meksikanın cənubundan yola düşüb. Dünən Meksikanın Qvatemala ilə sərhədindəki Çiapas əyalətinin Tapaçula şəhərindən yola çıxan yüzlərlə mühacir qrupu Huixtla qəsəbəsində dayanan minlərlə insanın immiqrant karvanına qoşulmağı planlaşdırır.

Çiapas əyalət rəsmiləri tərəfindən verilən açıqlamada ilk immiqrant karvanının 3500 nəfərdən ibarət olduğu, təşkilatçılar isə təxminən 7 min adamın yola düşdüyü bildirilib. Kuba, Salvador, Qvatemala, Haiti, Honduras və Venesuela xalqları öz ölkələrindəki yoxsulluq və siyasi qeyri-sabitlik səbəbindən daha yaxşı həyat şəraiti əldə etmək üçün ABŞ-a getmək istəyirlər.

Ötən ay ABŞ prezidenti Co Bayden qeyri-qanuni miqrant axını ilə mübarizə aparmaq üçün ABŞ-Meksika sərhədinin Texas hissəsində 32 kilometrlik divarın tikintisinə icazə verib.

Gununsesi.info