Meksikada ABŞ sərhədinə yaxın immiqrasiya mərkəzində baş verən yanğında 39 nəfərin öldüyü, 29 nəfərin isə yaralandığı bildirilib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Meksika Prezidenti Andres Manuel Lopez Obrador mətbuat konfransında yanğına “deportasiya gözləyən qaçqınlar”ın səbəb olduğunu deyib:
“Etiraz olaraq sığınacağın qapısına döşəklər qoyub yandırdılar və bunun dəhşətli faciəyə səbəb olacağını düşünmürdülər. Düşünürük ki, deportasiya olunacaqlarını öyrəndikləri üçün bunu ediblər”.
Qeyd edək ki, Meksika COVID-19 epidemiyası zamanı ABŞ-nin təzyiqi nəticəsində immiqrasiyanın qarşısını almaq üçün məhdudiyyətləri artırıb və buna görə də sərhədə yaxın obyektlərdə saxlanılan sığınacaq axtaranların sayı xeyli artıb.
Gununsesi.info