Meksikanın bir şəhərində gün ərzində 15 qətl hadisəsi olub

  • By admin
  • 06 Yanvar 2018 09:50

Meksikanın Çiuaua ştatının Syudad-Huares şəhərində gün ərzində 15 qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, qətl hadisələri ayrı-ayrı yerlədə baş verib: əvvəlcə 3 nəfər öldürülüb, daha sonra 4 nəfər avtomobil sexində öldürülüb. 3 nəfər avtomobildə güllələnib. Eyni vaxtda 15 yaşlı gənc və bir nəfər küçədə öldürülüb. Daha sonra 3 qadın güllələnib.

Hadisələrdən sonra şəhərin təhlükəsizlik qüvvələri xüsusi hazıqlıq səviyyəsinə gətirilib.

Gununsesi.info