Melania Tramp bu dəfə öz paltarı ilə diqqət çəkib - FOTOLAR

  • By admin
  • 09 Noyabr 2017 16:32

ABŞ prezidenti Donald Trampla xanımı Melaniya Trampın 11 günlük Asiya turu davam edir.

Gununsesi.info xəbər verir ki, Amerika lideri Cənubi Koreyaya səfərindən sonra Çinə gedib.

Hər dəfə yeni ölkəyə səfərində birinci xanımlar qarşılama mərasiminin əsas iştirakçıları olurlar. Tədbir nəinki siyasət, həm də moda baxımından maraqlı olur.
Bu dəfə Melaniya Tramp Pekində ona məxsus olmayan tərzdə, Çin motivləri ilə işlədilmiş uzun libas geyinib. Onun üzəri çəhrayı güllərlə bəzədilmiş qara rəngli libası “Dolce & Gabbana” brendindən və 3 min dollar məbləğində olub.

Qeyd edək ki, D. Trampın Asiya turu noyabrın 5-də başlayıb. Noyabrın 10-da ABŞ prezidenti ilə xanımı Vyetnama, oradan isə Flippinə səfər edəcək. Bu, ABŞ prezidentinin son 25 ildə ən uzunmüddətli səfəri kimi tarixə düşəcək.

 

Gununsesi.info