
ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra həyat yoldaşı Melaniya Tramp verdiyi ilk açıqlamada amerikalıları birliyə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Melaniya Tramp X sosial hesabında açıqlama verib.
“Ərim Donalda dəyən o dəhşətli gülləni görəndə anladım ki, mənim və oğlumuz Barron Trampın həyatı dəhşətli hadisənin astanasındadır”.
Melaniya Tramp bu açıqlamadan istifadə edərək ərini qorumaq üçün həyatlarını riskə atmış hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib: “Həyat yoldaşım siyasi maşın kimi görən bir canavar Donaldın ehtirasını, gülüşünü, yaradıcılığını, musiqiyə olan sevgisini və ilhamını oğurlamağa çalışdı. O, səxavətli və qayğıkeş insandır.”
Fərqli baxışların, siyasətlərin və siyasi oyunların sevgi ilə müqayisədə əhəmiyyətsiz olduğunu, ailə və sevginin hər şeydən önəmli olduğunu vurğulayan Melaniya Tramp amerikalıları birliyə çağırıb.
Xatırladaq ki, ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb.
Şəbnəm
Gununsesi.info