Melkonyanların, Sərkisyanların, Köçəryanların qisası belə olur - Sərdar Həmidovun oğlu yazır

Tərtər Rayonunun sabiq icra başçısı Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə sosial şəbəkə səhifəsində icra başçısı Müstəqim Məmmədovun qanunsuz əməllərinə növbəti dəfə diqqət ayırıb.

Gununsesi.org onun qeydlərini təqdim edir :

Ermənilərlə bizim ən böyük fərqimiz bilirsiniz nədir?

Onlar qisasçıdılar. Qisas almağı bacarırlar! Biz isə bağışlamağı, görməməyi!

Tələt paşanı Berlində Soqomon Teyliryan başından vurub necə öldürdü? Ənvər Paşanı Tacikistanda Belçivan deyilən bölgədə bolşevik Hagop Melkumyan necə qətlə yetirdi bilənimiz çoxdu? Bəs Fətəli xan Xoyskini Tiflisdəki İrəvan meydanında arxadan atəş açıb öldürən Aram Erkanyan və Misak Qriqoryanı yadınzda saxlamısınız?
Sağlığında qisas almağı bacarmayanda məzarlardan qisas alırlar. Evindən qisas alırlar! Düz 7 ildir Tərtərdən qisas alırlar!

1953-cü ildən bizim evimiz olan torpaqdan Müstəqim Məmmədov məhz buna görə qisas alır. Hətta birinci vitse prezident aparatının göstərişinə baxmayaraq yenə qanuni icarə ilə həmin ərazinin bizə verilməsinə maneçilik törədir. Qisasçılıq belə olur! Gözün heçnəyi görmür, saymır, heçə sayır. Qarabağ müharibəsində Tərtər oyunu pozub deyə acıqlıdılar. Ona görə Hüsənli kəndinin qadın sakinə deyirlər ki, keç erməniyə tərəf:

https://www.youtube.com/watch?v=BkGrBNKanQE&feature=share&fbclid=IwAR3eVoam7EZTFEzj0KJ90NoZ8sf_pZibPtkBEXXhT_krGIZaDoK7HzTCRg0

Axı 1994-cü ildə Qazax-Bakı magistral yolunu bağlaya bilməyiblər. Azərbaycanı təslimçi sülhə məcbur edə bilməyiblər. Onun qisasıdı. Melkonyanların, Sərkisyanların, Köçəryanların qisası belə olur. “Görk olsun sizə” gözdağı belə olur.

Sərdar Həmidovun ölümündən sonra ona görə onun evini işğal etmək üçün quldur dəstələri göndərirdilər. Vaxt gələcək, hər şey açılacaq.

Ümid edirəm ki, çox gec olduğuna görə Azərbaycan daha böyük zərər görməyəcək.

Şahid sizsiniz Azərbaycan XALQI!

 

Gununsesi.org