
Menbiç strateji cəhətdən çox önəmli bir məsələdir və ABŞ bu ərazinin bizim müttəfiq güclərin nəzarətində olmasını istəyir.
Gununsesi.info ntv-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Reks Tillerson Ankarada açıqlamasında deyib.
Tillerson əlavə edib ki, Minbiçə hər ahnsı gücün bura təkrar girməsini istəmirik: “Bu bizim müzakirə edəcəyimiz ən önəmli məsələlərdən biridir”.
Türkiyə ilə əlaəqlərə gəldikdə isə Tillerson deyib ki, Türkiyə ilə əlaqələrimiz stratejik səviyədədir. “Türkiyə ilə Suriyada birgə çalışmağımız önəmlidir. Suriyada proseslərin geriyə getməsini istəmirik. Suriya Demokratik Güclərinə dəstək məsələsini müzakirə etdik”.
Gununsesi.info












