Meral Akşənərə vitse-prezidentlik təklif olunub?

  • By admin
  • 03 May 2017 08:43

meral abla

“Ya  prezidentliyə namizəd ol, ya da partiya sədrliyindən get”.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə,  bunu CHP-nin əski genəl başqanı Dəniz Baykal Türkiyə telekanallarından birinə müsahibəsində deyib.

Hazırda CHP-nin Antalya millət vəkili olan D. Baykal bu çağırışla indiki genəl başkan Kamal Kılıcdaroğluna səslənib.

Qeyd edək ki, dolaşan xəbərlərə görə, bir neçə gün öncə D. Baykalın evində keçirilən ikili görüşmədə hətta, əski genəl başqanın özünün 2019-cu il prezident seçkilərində CHP-nin namizəd olması məsələsi də müzakirə mövzusu olub.

Eyni zamanda, qeyd olunur ki, D. Baykal və onun CHP-dəki tərəfdarları 2019-cu il prezident seçikləri ilə bağlı ilkin “Yol xətitəsi” belə hazırlayıb.

chp-eski-genel-baskani-deniz-baykal-kilicdaroglu-5501435_2917_o

Həmin “Yol xəritəsi”ndə isə  2019-cu il seçkilərində CHP-nin dəstəkləyəcəyi namizədin qalib gələcəyi təqdirdə, bir sıra kənar və nüfuzlu isimlərin də CHP iqtidarında yer alması özünün əksini tapıb.

Belə ki, TBMM sədrinin keçmiş müavini və eks daxili işlər naziri, MHP-dəki narazıların əsas lideri olan Meral Akşənər və DTP əski genəl başqanı Əhməd Türkə vitse-prezidentlik təklifinin irəli sürülməsi nəzərdə tutulub.

D. Baykal və onun tərəfdarlarının “Yol xəritəsi”  CHP-ni də  xeyli dərəcədə hərəkətləndirib.

Buna qarşı çıxanların, ciddi təpki göstərənlərin də, bu modelə sıcaq baxanların da olduğu söylənilir.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info