“AKP iqtidarı “stratejik dərinlik” deyə başlayıb, dövləti stratejik bir çuxura sürüklədi”.
Gununsesi.info xəbər verir ki, bunu MHP başqanlığına əsas namizəd, sabiq daxili işlər naziri və eks vitse-spiker Meral Akşənər TÜRKİYEM TV-yə geniş müsahibəsində deyib.
O, deyib ki, Türkiyə dövlətinin bu hala gəlməsinə AKP iqtidarı yardım və yataqçılıq edib. Onun sözlərinə görə, təəssüflər olsun ki, mövcud iqtidar və FETÖ mənsubları Türkiyə Cümhuriyyətini quran iradəyi yox saydı.
“Türkcə olimpiyadalarına və FETÖ-nün diğər tədbirlərinə örtülü ödənəkdən nə qədər yardım edilib?
… Suçun başlanma tarixi olmaz. 17/25 öncəsinə baxıldığında AKP-nin əksər çoxluğunun FETÖ örgütünün dəstəkçisi olduğu ortaya çıxacaq…”-deyə, daha sonra sözlərinə əlavə edib.
Onu da xatırladaq ki, Türkiyədəki məlum 15 iyul hadisələrindən sonra M. Akşənərin adı FETÖ ilə hallandırılaraq, bir sıra iftiralarla, böhtanlarla qarşılaşıb, hətta, bəzi telekanallar və media orqanları məqsədli şəkildə onun üzünə qapadılıb.
Kamil Həmzəoğlu
Gununsesi.info