Meral Akşənər MHP-dən xaric olunur?

  • By admin
  • 16 Avqust 2016 12:56

aksener

MHP başqanlığına əsas iddialı namizəd, sabiq daxili işlər naziri və keçmiş vitse-spiker Meral  Akşənər bir neçə tərəfdarı ilə birgə üzvü olduğu partiyadan xaric oluna bilər.

Gununsesi.info-nun məlumatına görə, bu barədə  Türkiyənin Haber7 saytı xəbər yayıb.  Saytın məlumatına görə, MHP nizamnaməsinin 11-ci maddəsinə əsasən  Meral Akşənər, Ayhan Erel, Ali Sağır və Mehmet Bilgiçin partiya üzvlüyündən dərhal çıxarılması tələbi ilə partiyanın Mərkəzi İntizam Komissiyasına verilməsi qərarı verilib.

Qeyd edək ki, hələlik məsələ ilə bağlı M.Akşənər və tərəfdarları tərəfindən açıqlama verilməyib.

Gununsesi.info