Meral Akşənər: “Türkiyənin terror bataqlığına dönməməsi, ətrafındakı bataqlıqların qurudulmasıyla mümkündür”

  • By admin
  • 25 Avqust 2016 00:31

meral abla

“Türk Silahlı Quvvələrinə, Cerablusda Türkiyəni təhdid edən terror örgütlərinə qarşı başladığı əməliyyatda ürəkdən uğurlar diləyirəm. Türkiyəmizin bir terror bataqlığına dönməməsi, ətrafımızdakı bataqlıqların qurudulmasıyla mümkündür. Cerablus sonrası bu şüarla planlanmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu MHP başqanlığına əsas namizəd, eks daxili işlər naziri və sabiq vitse-spiker Meral Akşənər öz “Tvitter” səhifəsində yazıb. Onun qeyd etdiyinə görə, Türkiyə, Suriya PKK-nı və İŞİD-i Fıratın iki yaxasından da sökəcək həmlələr üçün gərəkli diplomatik və əsgəri addımları əksiksiz atmalıdır.

“Bu zorlu mücadilə dönəmində də Türk millətinin öz əsgərlərinin arxasında dimdik duracağından heç kimsə şübhə etməməlidir. Allah yardımçımız olsun”-deyə, o, sonra qeyd edib.

Kamil Həmzəoğlu

Gununsesi.info