Meral Akşənərdən cavab gəldi: “Buna “yanğından mal qaçırmaq” deyirlər”

  • By admin
  • 16 Avqust 2016 14:57

aksener

Xəbər verildiyi kimi, MHP başqanlığına əsas iddialı namizəd, sabiq daxili işlər naziri və keçmiş vitse-spiker Meral  Akşənərin bir neçə tərəfdarı ilə birgə üzvü olduğu partiyadan xaric olunması məsələsi gündəmə gətirilib.

Gununsesi.info-nun məlumatına görə, belə ki bu gün MHP nizamnaməsinin 11-ci maddəsinə əsasən  Meral Akşənər, Ayhan Erel, Ali Sağır və Mehmet Bilgiçin partiya üzvlüyündən dərhal çıxarılması tələbi ilə partiyanın Mərkəzi İntizam Komissiyasına verilməsi qərarı çıxarılıb.

M. Akşənər isə öz Twitter hesabı üzərindən qısa bir açıqlama yayıb.

“Gözəl bir atalar sözümüz var:”Yanğından mal qaçırmaq”. Yəni,  xaric edilmə istəyilə İntizam Komissiyasına verildiyimi öyrənincə bu məsələ yadıma gəldi”- deyə, o,  qeyd edib.

K. Həmzəoğlu

Gununsesi.info