Meral Akşener “6-lı masa”ya geri qayıtdı -"İYİ Partiya"dan AÇIQLAMA

“İYİ Partiya” sədri Meral Akşener “6-lı masa”ya geri qayıdıb.

Gununsesi.info xəbər verir ki, bu barədə partiyanın sözçüsü Kürşad Zorlu bildirib.

HTML tutorial

“Sədrimiz Meral Akşener və CHP sədri Kamal Kılıçdaroğlu görüşdü. Akşener Əkrəm İmamoğlu və Mansur Yavaşın seçiləcək 13-cü prezidentin köməkçiləri olmaları ilə bağlı təkliflərini çatdırdı. Hörmətli Akşener “Millət İttifaqı”nın toplantısına qatılacaq”, – Zorlu deyib.

Qeyd edək ki, Akeşener bu gün İstanbul və Ankara bələdiyyə sədrləri Ekrem İmamoğlu və Mansur Yavaşla da görüşüb.

Gununsesi.info