Meral Akşener İYİ Partiyanın İstanbul namizədini açıqladı – FOTO

  • By admin
  • 24 Yanvar 2024 13:57

İYİ Partiyanın sədri Meral Akşener partiyasının qrup toplantısında çıxış edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akşener çıxışında partiyanın bələdiyyə seçkilərində namizədlərini açıqlayıb.

İYİ Partiyanın İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizədi (İBB) Buğra Kavuncu olaraq müəyyən olunub. Meral Akşener qrup toplantısında Balıkesir və Sincan namizədlərini də açıqlayıb.

Buğra Kavuncu 1973-cü ildə Ankarada anadan olub. O, siyasətçi və iş adamıdır. Hazırda İYİ Partiya sədrinin baş müşaviri vəzifəsində çalışır.

Qeyd edək ki, İstanbul Böyükşəhər bələdiyyə sədriyi uğrunda mübarizədə əsas rəqiblər hazırkı bələdiyyə sədri Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) namizədi Murat Kurum olaraq bilinir.

Türkiyədə bələdiyyə seçkilərində səsvermə martın 31-də keçiriləcək.

Gununsesi.info