Meral Akşener parlament tribunasında hönkür-hönkür ağladı – VİDEO

  • By admin
  • 14 Fevral 2024 15:44

İYİ Partiyanın sədri Meral Akşener partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edib.

Gununsesi.info xəbər verir ki, Akşener İYİ Partiyanın Muğla Böyükşəhər blədiyyə sədrliyinə namizədi Metin Ergünü elan edib.

Akşener Ərzincan qızıl mədənində baş verən və 9 işçinin torpaq altında qaldığı fəlakətdən də danışıb. Kürsüdən “Nə üçün həmişə qəriblər qaça bilmir, nə üçün həmişə fəqirlər qaça bilmir, nə üçün həmişə haqsızlıq bunlara olur?” – deyə soruşan Akşener göz yaşlarını saxlaya bilməyib, hönkür-hönkür ağlayıb.

“Ərzincanın İliç rayonunda torpaq sürüşməsi, Antalyada isə sel olub. Seldə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Ümid edirəm ki, İliçdə hələ də xilas edilə bilməyən 9 işçi ən qısa zamanda xilas olar”, – deyə o bildirib.

Gununsesi.info