Almaniyanın məşhur avtomobil istehsalçısı “Mercedes”in C və G seriyalı, həmçinin “Vito” avtomobillərinin qazçıxma sistemində problemlər aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, “Şpigel” jurnalı bu problemin olduğu 750 min avtomobilin hər birinə görə şirkətin 5 min avro cərimələnəcəyini yazıb. Bu isə ümumilikdə 3,75 milyard avro cərimə deməkdir.
Xatırladaq ki, Almaniya Mühərrikli Nəqliyyat Vasitələri İdarəsi 23 mayda bu barədə “Mercedes”ə xəbərdarlıq etmiş, lakin şirkət bu iddiaları qəbul etməmişdi.