“Mercedes”in sürücüsü ana və 4 aylıq körpənin həyatına son qoydu

  • By admin
  • 21 İyul 2017 09:33

1490860900-6634

Gəncədə anasının qucağında avtomobillə vurulan körpə uşaq ölüb.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, Yeni Gəncə qəsəbəsində avtomobillə vurulan 4 aylıq oğlanın həyatını xilas etmək mümkün olmayıb. Onun anası, 1993-cü il təvəllüdlü Dilarə Bağırova isə aldığı xəsarətdən hadisə yerində ölüb.

“Mercedes” qadını və onun uşağını vurduqdan sonra “Daewoo” markalı avtomobilə çırpılıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info