
Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı məlumat yayıb.
Hadisə sentyabrın 3-də gecə saat 03:00 radələrində rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb. Abşeron rayon sakinləri – Samir Əhmədovun idarə etdiyi “Mercedes” və Elvin Məmmədzadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədzadə hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.
Gununsesi.info