Bir çox hallarda şəxs vəfat etdikdən sonra ona məxsus əşyaların istifafə mübahisə predmeti olur.
Məsələn, maraqlıdır, mərhuma məxsus telefonun istifadəsi, daha dəqiq, şəxsi məsələlərin oxunma hüquq kimə məxsusdur?
Bu barədə Gununsesi.info -ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, bir şəxs vəfat etdikdən sonra onun əmlakı varislərinə keçsə də, bu, həmin şəxsin bütün şəxsi məlumatlarının sərbəst şəkildə araşdırılması hüququnun yarandığı anlamına gəlmir.
“Mobil telefonlar, gündəliklər, şəxsi yazışmalar və digər şəxsi məlumatlar mərhumun özəl həyatının bir hissəsi hesab olunur. Varislər əmlak üzərində müəyyən hüquqlar əldə etsələr də, mərhumun şəxsi həyatına hörmət prinsipi ölümündən sonra da tamamilə aradan qalxmır. Xüsusilə telefon və ya gündəlikdə üçüncü şəxslərə aid məxfi məlumatlar varsa, onların da hüquqları nəzərə alınmalıdır. Məhkəmələr belə hallarda varislərin maraqları ilə şəxsi həyatın qorunması arasında balans yaratmağa çalışırlar. Buna görə mərhumun telefonunu və ya gündəliyini oxumaq hüququ hər zaman avtomatik və məhdudiyyətsiz şəkildə varislərə məxsus olmur”,- deyə o qeyd edib.
Orxan












