Merihdən sevindirici paylaşım

  • By admin
  • 14 Yanvar 2020

A Seriyasının 19-cu turunda “Roma”ya qarşı oyunda dizindən ağır zədələnən “Yuventus”un müdafiəçisi Merih Demiral sosial şəbəkə hesabından paylaşım edib.

Gununsesi.org  xəbər verir ki, türkiyəli oyunçu  ona gələn dəstək mesajlarına görə hər kəsə təşəkkürünü bildirib.

Demiral eyni zamanda “Avropa çempionatında görüşərik” yazaraq, türkiyəli futbolsevərləri sevindirib. Belə ki, “Yuventus”un rəsmi saytı ötən gün oyunçunun durumu ilə bağlı bəyanat yayaraq, 21 yaşlı futbolçunun bu yaxınlarda əmliyyat olacağını və onun üçün mövsümün bitdiyini bildirmişdi. Bu bəyanatdan sonra isə Merih Demiralın Avropa çempionatına da yetişməyəcəyi düşünülürdü.

Gununsesi.org