Merilin Monronu o canlandıracaq

  • By admin
  • 31 Avqust 2019 08:38

ABŞ-ın “Netflix” kinoşirkəti 1950- ci illərin ulduzu Merilin Monro haqda çəkilən “Sarışın” filminin aktyor heyətini açıqlayıb. Gununsesi.org-un məlumatına görə, bu barədə “Hollywood Reporter” xəbər verib.

Ekran işində baş rolu ispan-Kuba aktrisası Ana de Armas canlandıracaq. Filmdə, həmçinin, Bobbi Kannavale, Culianna Nikolson, Edrien Broudi, Lili Fişer, Qaspar Fillipson iştirak edəcək.

Layihənin ssenari müəllifi və rejissoru Endrü Dominikdir.

Süjet xəttinin əsasını yazıçı Kerol Outsun Merilin Monronun şəxsi həyatı haqda yazdığı roman təşkil edir.

Gununsesi.org