Merilin Monronun məzarının ətrafı satışa çıxarılıb -500 MİN DOLLAR

20-ci əsrin ən ikonik simalarından biri olan Merilin Monronun ölümündən 62 il sonra məzarını ətrafındakı boş sahələr hərraca çıxarılacaq.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, gələn həftə Hollivudda keçiriləcək hərracda, onun geyimləri, saxta kirpikləri, istifadə olunmuş dodaq boyası və bir çox şəxsi əşyaları daxildir.

 

Hərracın ən maraqlı hissəsi onun dəfn olunduğu qəbiristanlığın ərazisidir. Belə ki, onun Los-Ancelesdəki məzarının ətrafı 200.000-400.000 dollar, hətta 500.000 dollara satıla biləcəyi təxmin edilir.

 

Marilyn Monroe'nun mezarının yanı satılığa çıkarılıyor - Resim: 6

Geyimləri arasından onun 1955-ci ildə onun “The Seven Year Itch” filminin çəkiliş meydançasında geyindiyi qara paltarının 200 min dollara, 1960-cı ildə ‘The Misfits’ filminin mətbuat konfransında geyindiyi ipək paltarının 40 min ilə 60 min dollara, və Riçard Avedonun kamerası qarşısına keçərkən geyindiyi çiçəkli libası isə  20-30 min dollar arasında satılacağı bildirilib.

Merilin Monronun saxta kirpiklərinin olduğu qutu 2000-3000 dollara, çəhrayı dodaq boyasının 7-9 min dollara satılacağı da təxmin edilir.

Bunlarla yanaşı ona aid qəbzlər, şəxsi sənədlər və fotoşəkilləri də böyük məbləğlər civarında hərraca çıxarılır.

Marilyn Monroe'nun mezarının yanı satılığa çıkarılıyor - Resim: 7

Eyni zamanda Merilin Monronun 1962-ci ildə prezident Kennediyə “Ad günün mübarək” mahnısını oxuyarkən geyindiyi ikonik  geyimi də hərraca çıxarılacaq. İkonik gözqamaşdırıcı bu paltarı isə təxminən 10 milyon dollara satılacağı deyilir.

 

Qeyd edək ki, hərraca qoyulan bu paltar 2016-cı Amerikanın “Ripley’s Believe It or Not” əyləncə şirkəti tərəfindən 4,81 milyon dollara satın alımışdır.

Merlin Monro haqqında şok iddia - Kennediyə mahnı oxuyarkən… -

 

 

Şəbnəm

Gununsesi.info