
Almaniya kansleri Angela Merkel bu gün Hamburqda işinə başlayacaq G20 sammitində ABŞ və Rusiya prezidentləri arasında vasitəçi olmayacaq.
Gununsesi.info-nun məlumatına görə, Merkel bildirib ki, onun rolu vasitəçilik etmək yox, vəziyyətin düzəlməsinə töhfə verməkdir.
Kansler ümid edir ki, G20 sammitinin kuluarlarındakı dialoqlar Suriya münaqişəsinin həlli istiqamətində irəliləyişə aparacaq.
Merkelə görə, bu müzakirələr Ukrayna və Rusiyanın da mövqelərində yaxınlaşmaya şərait yarada bilər.
Qeyd edək ki, sammit çərçivəsində bu gün ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü olacaq.
Sabah isə Putin, Merkel və Fransa prezidenti Emmanuel Makron “Normand dördlüyü” formatında bir araya gələcək.
Gununsesi.info