
Almaniya kansleri Angela Merkel ən azı 2 dəfə terror təhdidləri ilə bağlı Britaniya xüsusi xidmət orqanlarına müraciət ünvanlayıb.
Axar.az xəbər verir ki, bu iddia ilə “Fokus” nəşri çıxış edib.
“12 ildir ki, kansler postunda olan Merkel bir dəfə də olsa alman təhlükəsizlik orqanlarının brifinqində iştirak etməyib. Bəs onda nə üçün o İngiltərəyə gedir? O, daha öz adamlarına etibar etmir?” – deyə Almaniyanın adı çəkilməyən rəsmi şəxsi bildirib.
Qeyd edək ki, Merkel sonuncu dəfə 2015-ci ilin oktyabrında Britaniyanın Çekerse şəhərində təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüş keçirib. İngilis xüsusi xidmət orqanlarının təqdim etdiyi Krımla bağlı kəşfiyyat məlumatları sənədini kansler Rusiya lideri Putinə təqdim edib.
Bütün bu baş verənlərdən alman kəşfiyyatının məlumatı olmayıb.
Gununsesi.info