Merkel: “Avropa Birliyi demokratiyanın qarşısını kəsənlərə qarşı tədbir görür” - BELARUSA QARŞI SANKSİYALAR RAZILAŞDIRILDI

  • By admin
  • 02 Oktyabr 2020 21:17

 

Avropa İttifaqı liderləri cümə günü bir neçə saat davam edən zirvə görüşlərindən və Kipri ittifaqın Türkiyəni də Aralıq dənizindəki mübahisəli ərazilərdə neft və qaz axtarışı apardığın görə cəzalandıracağına əmin edəndən sonra Belarusa qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Belarusda avqustda keçirilən prezident seçkilərini saxtalaşdırmaqda günahlandırılan 40-a yaxın məmura şamil olunur.

“Avropa Birliyi demokratiyanın qarşısını kəsənlərə qarşı tədbir görür” -Almaniya kansleri Angela Merkel bildirib. O həmçinin 27 Aİ ölkəsi arasında gecə yarısınadək uzanan dolğun müzakirələrdən sonra deyib ki, “Hesab edirəm ki, bu vacib bir siqnaldır”.

Diplomatlar deyir ki, İngiltərə və Kanadanın Belarusda demokratiya tərəfdarı nümayişlərə dəstək göstərmək üçün Minskə sanksiyalar tətbiq etdiyi bir vaxt, qərarların yekdilliklə qəbul edildiyi Aİ-dəki çıxılmaz vəziyyət blokun xarici siyasətinin etibarlılığına zərər vurub.

Bu arada isə Avropa İttifaqının ən kiçik ölkələrindən biri olan Kipr bir ay boyunca Belarusa qarşı sanksiyaların qarşısını alıb. Buna səbəb Kiprin Aralıq dənizi adası sahilləri boyunca neft və qaz kəşfiyyatı aparan qonşusu Türkiyəyə qarşı da sanksiyaların tətbiq edilməsində israr etməsi idi.

Almaniya Türkiyəyə qarşı sərt mövqenin əleyhinə çıxıb, çünki bunun Türkiyənin Aİ üzvü olan Yunanıstanla gərignliyi azatlmaq səylərinə xələl gətirəcəyindən narahatdır.

Həm Avrova İttifaqına qoşulmağa namizəd, həm də NATO üzvü olan Türkiyə Prezident Tayyip Ərdoğan dövründə avtoritarizmə doğru irəliləsə də, Avropa Birliyinin göz ardı edə bilmədiyi strateji tərəfdaşı olaraq qalır.

Afina ilə Ankara arasında diplomatik gərginliyin yumşaldığına işarə olaraq NATO cümə axşamı iki ittifaq üzvünün dənizdəki təsadüfi qarşıdurmaların qarşısını almaq üçün “hərbi dekonfliksiya mexanizmi” yaratdığını elan edib.