Merkel həyat yoldaşının elmi işi ilə bağlı ABŞ-a köçə bilər

  • By admin
  • 19 Yanvar 2022 18:37

Almaniyanın keçmiş kansleri Angela Merkel həyat yoldaşı İoahim Zauerin elmi işi ilə əlaqədar ABŞ-a köçə bilər.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun direktor müavini Vladislav Belov bildirib.

Direktor müavininin sözlərinə görə, bunu ona almaniyalı həmkarı deyib.

A.Merkel 20 ildən artıqdır kimya üzrə professor, doktor İohim Zauerlə ailə qurub. O, Humboldt adına Berlin Universitetində işləyir.

Merkel həyatının 30 ilini siyasətlə məşğul olub. 67 yaşlı keçmiş kansler hazırda təqaüddədir. Keçmiş kansler 15 min avro məbləğində təqaüd alacaq. Bundan sonra o, ailəsinə qayğı göstərəcək.

 

 

Gununsesi.info