Merkel hər zaman belə siyasət nümayiş etdirib – ƏRDOĞAN

  • By admin
  • 16 Oktyabr 2021 18:50

Millətim adından, xüsusilə də Suriya böhranının həlli üçün göstərdiyi səylərə görə Merkelə təşəkkürümü bildirirəm.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“16 ildir keçirdiyimiz görüşlərdə Merkel həmişə təmkinli və həll yönümlü yanaşma sərgiləyib. Ümid edirəm ki, Merkel ilə apardığımız uğurlu işlər yeni rəhbərliklə davam edəcək. Türkiyə olaraq Merkelin AB-yə tam üzvlük yolunda verdiyi töhfələri hər zaman xatırlayacağıq. Bugünkü görüşümüzdə də bir çox məsələləri, xüsusən də ikitərəfli əlaqələri müzakirə etdik”, – Ərdoğan bildirib.

Gununsesi.info