Merkel İlham Əliyevi təbrik etdi

  • By admin
  • 26 Aprel 2018 12:57
Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Gununsesi.info-nun  məlumatına görə, təbrikdə deyilir:
“Zati-aliləri cənab. Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır. Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm”.
Gununsesi.info