Merkel Kiyevlə Moskva arasında vasitəçi ola biləcəyini deyir

Onun sözlərinə görə, Vladimir Putin artıq Normandiya formatında sammitlərə hazır deyildi (Normand dördlüyü 2014-cü ildə Ukraynanın şərqindəki münaqişənin həlli üçün yaradılmış qrupdur, burda Ukrayna, Rusiya, Almaniya və Fransa təmsil olunur) .

Gununsesi.info xəbər verir ki, Keçmiş kansler həmçinin Ukraynada müharibəyə başlamaq üçün Kremlin onun getməsini gözlədiyinə də inanmadığını vurğulayıb. Hakimiyyətdən getdikdən sonra “Spiegel” jurnalına ilk müsahibəsində sabiq kansler Ukraynada müharibənin qarşısını almağın mümkün olmadığına görə özünü günahkar saymadığını bildirib.

“Diplomatiya sadəcə uğur qazanmadığı üçün səhv deyil” deyən Merkel, “elə ona görə də niyə bunun səhv olduğunu deməli olduğumu anlamıram və üzr istəməyəcəyəm” deyib.

Almaniyanın hazırkı hökumət başçısı Olaf Şolz Rusiyanın işğalını qətiyyətlə pisləyib və Ukraynaya silah tədarükünü təsdiqləyib.

Xüsusilə, aprel ayında Almaniya Ukraynaya tank və ağır silahlar verməyə hazır olduğunu bəyan edib. Ancaq iyunun ortalarına qədər bu tədarükün baş tutmaması həm ölkə daxilində, həm də xaricdən Şolzun tənqidinə səbəb olub.

İyunun 17-də DPA-ya müsahibəsində Scholz deyib ki, silahlar, o cümlədən çoxsaylı reaktiv yaylım atəşi sistemləri və raket əleyhinə sistemlər Kiyevə Ukrayna hərbçiləri müvafiq təlimləri başa vurandan sonra çatdırılacaq. Silah tədarükündəki gecikmələri isə kansler Almaniyanın əvvəlcə müharibədən qabaq mövcud olan təchizat öhdəliklərinini yerinə yetirməli olması ilə əsaslandırıb.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Gununsesi.info