Merkel məhkəməyə verildi

  • By admin
  • 20 May 2018 09:54

“Almaniya üçün alternativ” (AdQ) partiyası ölkənin kansleri Angela Merkeli miqrasiya siyasətinə görə məhkəməyə verib.

Gununsesi.info “Die Zeit” nəşrinə istinadla verdiyi xəbərə görə, alman parlamenti (Bundestaq) miqrasiya siyasətinin müəyyənləşdirilməsində iştirak etmək hüququna malikdir.

Partiyada hesab edirlər ki, kanslerin 2015-ci ildə imzaladığı Avstriya-Almaniya arasında sərhədin açılmağı ilə bağlı qərarına yenidən baxış keçirilməlidir.

“Bu şikayət dünyanı dəyişə bilər. Və istənilən nəticəyə gətirib çıxarsa, dünya dəyişəcək”, – deyə partiyanın vəkili Stefan Brandner bildirib.

O, həmçinin vurğulayıb ki, əgər siyasətçilər məqsədlərinə çatsalar, Merkeli istefaya da göndərmək olar.

Gununsesi.info