Merkel müharibədən danışdı

  • By admin
  • 05 İyul 2018 09:25

Biz artıq Avropa İttifaqı və ABŞ arasında ticarət müharibəsinin  cizgilərini görürük.

Gununsesi.info-nun CNN-ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın kansleri Angela Merkel bəyan edib.

“Avropa İttifaqı və ABŞ arasında ticarət müharibəsi mümkündür. Belə bir ssenari Vaşinqtonla rüsumlarla bağlı münaqişənin ağırlaşması nəticəsində gerçəkləşə bilər. Avropadan idxal edilən avtomobillərə əlavə gömrük vergisinin tətbiqi müzakirələri daha da sərtləşdirə bilər. Biz artıq ticarət müharibəsinin  cizgilərini görürük”, deyə A.Merkel qeyd edib.

Merkel həmçinin mümkün münaqişədən çəkinməyə, bunun üçün tərəfləri iradə  nümayiş etdirməyə çağırıb.