Merkel Navalnını gizli ziyarət edib

  • By admin
  • 28 Sentyabr 2020 10:04

Almaniya kansleri Angela Merkel rusiyalı müxalifətçi Aleksey Navalnını gizli ziyarət edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, o, Berlindəki “Charite” klinikasına baş çəkib.

“Angela Merkel tam məxfilik şəraitində Aleksey Navalnını xəstəxanada ziyarət edib”-deyə yerli mətbuat yazıb.

Aleksey Navalnı avqustun 20-də Omsk şəhərində kimyəvi maddə ilə zəhərlənmişdi.   

Gununsesi.info