
Almaniya NATO-ya ödənişləri artıracaq.
Gununsesi.info-nun Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampla keçirdiyi birgə mətbuat konfransında deyib.
“Almaniya NATO-ya ödənişləri artıracaq. Biz artıq 2016-cı ildə müdafiə xərclərimizi 8 faiz artırmışıq. Ümumilikdə, ABŞ-ın Əfqanıstanda missiyanı davam etdirmək və beynəlxalq terrorizmə qarşı mübarizə aparmaqda israrlı olması məni sevindirdi”, deyə A.Merkel bildirib.
Xatırladaq ki, yanvarda Donald Tramp NATO-nu köhnəlmiş təşkilat adlandıraraq bildirmişdir ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir.
Gununsesi.info