Merkel peyvənddən niyə imtina etdi?

  • By admin
  • 12 Aprel 2021 07:44

Almaniya Kansleri Angela Merkel vaksinasiya ilə bağlı müraciətini ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Belə ki, Merkel aprelin 11-də peyvənd olunacağı ilə bağlı müvafiq şəkildə müraciət etmişdi. Lakin müraciət onlayn şəkildə anidən ləğv edilib.

Ehtimal edilir ki, müraciət Xristian-Demokrat İttifaqı və Xristian Sosial Birliyinin iclası səbəbindən ləğv edilib.

Nəşrin məlumatına görə, Merkel keçmiş Berlin-Tempelxof aeroportunun ərazisində təşkil olunmuş tibb mərkəzində peyvənd olunmalı idi. Ona Britaniya-İsveç firmasının “AstraZeneca” peyvəndindən vurulması planlaşdırılırdı.

Gununsesi.info