

Almaniya kansleri Angela Merkel alman kəşfiyatının Rusiya prezidenti Vladimir Putin haqqında topladığı məxfi məlumatları Britaniya xüsusi xidmət orqanlarına təqdim edib.
Gununsesi.info “Focus” mətbu orqanına istinadən xəbər verir ki, hadisə 2015-ci ildə baş verib.
Belə ki, 2015-ci ilin oktyabrında Merkel Böyük Britaniyanın baş naziri Devid Kemeronun şəhər kənarında Çekersdəki rezidensiyasında olub. Burada Merkel Britaniyanın kəşfiyyat və əks-kəşfiyyat, Mİ5 və Mİ6-nın rəhbərləri Aleks Yanqer və Endryu Papkerlə görüşüb.
Görüş zamanı birtaniyalı kəşfiyyatçılar Merkeli Almaniyada mümkün terrakt aktının olacağı ilə bağlı xəbərdarlıq ediblər. Merkel də öz növbəsində alman kəşfiyyatının Putinin Krımla bağlı hazırladığı analitik materialları Britaniyanın xüsusi xidmət orqanlarına təqdim edib.
Merkel britaniyalı kəşfiyyatçılarla görüşü barədə alman kəşfiyyatçılarını məlumatlandırmayıb.
Merkelin mayın 2-də Moskvaya səfəri gözlənilir və Vladimir Putinlə görüşü nəzərdə tutulub.
Gununsesi.info