Merkel Putin haqqında məxfi sənədləri Britaniya kəşfiyyatına təqdim etdi

  • By admin
  • 17 Aprel 2017 17:36
merkel_putin_1423757580
Almaniya kansleri Angela Merkel alman kəşfiyatının Rusiya prezidenti Vladimir Putin haqqında  topladığı məxfi məlumatları   Britaniya xüsusi xidmət orqanlarına təqdim edib.
Gununsesi.info  “Focus” mətbu orqanına istinadən xəbər verir ki, hadisə 2015-ci ildə baş verib.
Belə ki, 2015-ci ilin oktyabrında  Merkel Böyük Britaniyanın baş naziri Devid Kemeronun şəhər kənarında  Çekersdəki rezidensiyasında olub. Burada Merkel  Britaniyanın kəşfiyyat və əks-kəşfiyyat, Mİ5 və Mİ6-nın rəhbərləri Aleks Yanqer və Endryu Papkerlə görüşüb.
 Görüş zamanı birtaniyalı kəşfiyyatçılar  Merkeli Almaniyada mümkün terrakt aktının olacağı ilə bağlı xəbərdarlıq ediblər. Merkel də öz növbəsində alman kəşfiyyatının  Putinin Krımla bağlı hazırladığı analitik materialları  Britaniyanın xüsusi xidmət orqanlarına  təqdim edib.
Merkel britaniyalı kəşfiyyatçılarla görüşü barədə alman  kəşfiyyatçılarını məlumatlandırmayıb.
Merkelin mayın 2-də Moskvaya səfəri gözlənilir  və Vladimir Putinlə görüşü nəzərdə tutulub.
Gununsesi.info