Merkel Türkiyə ilə danışıqların dayandırılmasını istəmir

  • By admin
  • 23 Noyabr 2016 20:36

img2254553

 

Almaniya kansleri Angela Merkel Türkiyə ilə danışıqların dayandırılmasının tərəfdarı  olmadığını vurğulayaraq Türkiyədəki  mənfi tərəfləri haqda danışacaqlarını deyib.

Gununsesi.info xəbər verir ki, Alman Federal Məclisinin 2017-ci ilin büdcəsini müzakirə etmək üçün keçirilən iclası zamanı əsas müzakirə mövzusu  Türkiyə olub.

İclasda çıxış edən Almaniya Kansleri Angela Merkel müxalifətin Türkiyə ilə Almaniya hökumətləri arasındakı münasibətlərə qarşı tənqidlərinə cavab verib. Merkel müzakirə mədəniyyətinin lehinə olduğunu, lakin bunu edərkən səviyyənin qorunmasına diqqət göstərilməsi lazım olduğunu vurğulayıb.

Türkiyədəki hadisələrin narahatlıq verici olduğunu, bəzi dəyərlərin həyəcanlandırıcı olduğunu söyləyən Merkel sözlərinə belə davam edib:

“Açıq deyirəm, çevriliş cəhdini Almaniya və Avropa olaraq pisləmişik. Bundan başqa terrorun hər cürünə qarşı olduğumuzu da açıqca ifadə etdik. 4 mindən çox PKK üzvünə qarşı iddia qaldırıldı. Lakin hüquq dövlətinin gərəyi olaraq siyasət hüquqa müdaxilə etməməlidir. Almaniya digər dövlətlər kimi hüquq dövləti qaydalarına əsaslanır. Həmçinin Türkiyədə mətbuat azadlığına məhdudiyyətlərin qoyulmasını, minlərlə insanın həbs olunmasını da tənqid edirik. Hər şeyə baxmayaraq Türkiyə ilə danışıqların kəsilməsini istəmirik.”

 

Gununsesi.info