Merkel və Qətər əmiri arasında telefon danışığı olub

  • By admin
  • 16 İyun 2017 15:10

Angela Merkel

Almaniya kansleri Angela Merkel və Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sani arasında telefon danışığı olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Qətərin rəsmi xəbər agentliyi “QNA” məlumat yayıb.

Belə ki, Almaniya kansleri A.Merkelin Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sani ilə telefon danışığı zamanı əsas müzakirə mövzusu sözügedən böhranın aradan qaldırılması üçün qarşılıqlı dialoqun gerçəkləşdirilməsi olub.

Merkel ölkəsinin, Qətərə qarşı tətbiq edilən embarqonun tamamilə aradan qaldırlması üçün səy göstərdiyini deyib.

Qeyd edək ki, bundan əvvəl Qətər əmiri İtaliya Baş naziri Paolo Centiloni və İngiltərə Baş naziri Tereza Mey ilə də telefon vasitəsilə eyni problemi müzakirə edib.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətər terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Anar

Gununsesi.info