Merkel Yıldırımla Türkiyədə jurnalistlərin kütləvi həbsini müzakirə edib

  • By admin
  • 18 Fevral 2017 20:27

merkel

Almaniyanın Baş naziri Angela Merkel Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşündə həbs olunan “Die Welt” qəzetinin müxbiri Deniz Yücelin məsələsini müzakirə edib.
Məsələ əlaqədar hökumət sözçüsü Steffen Seibert açıqlama verib. Seibert Merkelin Münhen Təhlükəsizlik Konfransında Baş nazir Binəli Yıldırım ilə görüşü zamanı jurnalist Deniz Yücelin məsələsini gündəmə gətirdiyini söyləyib. Baş nazir “hökumətdən Deniz Yücellə ədalətli və hüquq dövlətinə uyğun davranılmasını gözlədiyini vurğulayıb”.
“Die Welt” qəzetinin 43 yaşındakı peşəkar müxbiri Deniz Yücel çərşənbə axşamı ifadə vermək üçün İstanbul Təhlükəsizlik müdirliyinə getmiş və burada nəzarətə alınmışdı. Yücel RedHack tərəfindən ictimaiyyətə sızdırılan və Enerji naziri Berat Albayrakın elektron poçt yazışmalarına aid olduğu irəli sürülən məlumatlarla bağlı xəbər yaymışdı. Jurnalistin “terror təşkilatına üzv olmaq”da, “şəxsi məlumatları hüquqa zidd olaraq ələ keçirməkdə və yaymaq”da və “terror təşkilatını təbliğ etmək”də ittiham olunduğu bildirilir. Deniz Yücelin həm Türk, həm Alman vətəndaşlığı var.