Merkeldən sonra Almaniyanın yeni Kansleri oldu

  • By admin
  • 08 Dekabr 2021 14:08

Almaniya parlamentinin millət vəkilləri sosial-demokrat Olaf Şolzu ölkənin yeni kansleri seçiblər.

Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, Şolz 395 səs toplayıb.

63 yaşlı Şolz indi prezident sarayına yollanmalıdır. Ölkə konstitusiyasına görə, yeni kansleri məhz dövlət başçısı təyin edir.

Şolz Prezident Frank-Valter Ştanmayer ilə görüşdən sonra parlamentə qayıdacaq və burada and içəcək.

Qeyd edək ki, 16 il Almaniyanın kansleri vəzifəsini icra edən Angela Merkel dekabrın əvvəli bu vəzifəni tərk edib.

Gununsesi.info