Merkeldən Türkiyə və Şərqi Aralıq dənizi AÇIQLAMASI

  • By admin
  • 25 Mart 2021 17:48

Avropa İttifaqı (Aİ) liderlərinin iştirakı ilə bu gün və sabah (25-26 mart) Aİ Liderlərinin Zirvə Görüşü keçiriləcək.

Gununsesi.info xəbər verir ki, video-konfransı ilə reallaşacaq görüşdən əvvəl Alman Bundestaqında çıxış edən Almaniya kansleri Angela Merkel Türkiyə və Şərqi Aralıq dənizi ilə bağlı bir sıra mesajlar verib.

Kansler bildirib ki, Türkiyə Aralıq dənizinin şərqindəki böhranlı vəziyyəti yumşaltmaq üçün addımlar atdığına işarə edir.

Türkiyənin çox etibarlı bir tərəfdaş olduğunu söyləyən Merkel Ankaranın qaçqın krizindəki rolunu xüsusi vurğulayıb. Türkiyə sayəsində Avropaya keçidlərin dayanma nöqtəsinə gəldiyini və Egeydə ölümlərin azaldığını deyən kansler Türkiyə ilə Aİ arasında miqrantlarla bağlı anlaşmanın yenilənməsini dəstəklədiyini qeyd edib.

Türkiyənin İstanbul Konvensiyasından geri çəkilməsinə toxunan Merkel bu qərarı təəssüf hissi ilə qarşıladıqlarını əlavə edib.

Gununsesi.info