Merkeldən Türkiyəyə

  • By admin
  • 15 May 2017 16:52

U.S. Air Force A-10 Thunderbolt II fighter jets (foreground) are pictured at Incirlik airbase in the southern city of Adana, Turkey, December 11, 2015. REUTERS/Umit Bektas

“İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik”.

Gununsesi.info NTV-yə istinadən məlumat verir ki, bu sözləri Almaniya federal kansleri Angela Merkel Türkiyənin bu ölkənin deputatlarının “İncirlik” hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, İordaniya “İncirlik” üçün alternativ ola bilər.

Ankaranın bu addımı atmasına səbəb kimi Almaniyanın Türkiyədə “Fətullahçı Terror Təşkilatı”na üzv olmaqda ittiham edilən türk hərbçilərə sığınacaq verməsi göstərilir. Xatırladaq ki, bu, Türkiyə ilə Almaniya arasında “İncirlik” bazası ilə bağlı yaşanan ikinci böhrandır. Ötən il Bundestaqın uydurma “erməni soyqırımı”nı tanımasından sonra da Türkiyə alman millət vəkillərinin “İncirlik”i ziyarət etməsinə icazə verməmişdi.

Qeyd edək ki, “İncirlik” aviabazası Türkiyənin Adana vilayəti ərazisində yerləşir və həm Suriyaya, həm də İraqa yaxındır.

Gununsesi.info