Merkelin alacağı pensiya məbləği AÇIQLANDI

Almaniya kansleri Angela Merkel vəzifədən getdikdən sonra ayda təxminən 15 min avro pensiya alacaq.

Gununsesi.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Vergi ödəyiciləri federasiyasının hesablamalarında deyilir.

HTML tutorial

Məlumata əsasən, bu məbləğ Merkelin uzun müddət Bundestaqın üzvü olması və eyni zamanda Almaniya Federativ Respublikasının kansleri vəzifəsini icra etməsindən irəli gəlir.

Sentyabrın 26-da Almaniyada parlament seçkiləri keçiriləcək və bunun ardınca yeni hökumət qurulacaq. Merkel namizədliyini irəli sürməyib və seçkilərdən sonra siyasətdən getmək istədiyini açıqlayıb.

Gununsesi.info