Mərkəzi Bank 3 vəzifəli şəxsi cərimələdi

  • Müəllif: Firuzə
  • 17 Dekabr 2025 13:29

Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, BOKT “Effektinvest” MMC-nin vəzifəli şəxsi 4500 manat, “Finex Kredit” BOKT ASC-nin vəzifəli şəxsi 8000 manat, “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsi isə 1500 manat cərimə edilib.

Qeyd olunub ki, buna səbəb “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması olub.

Buna görə də, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, hər 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib.

Gununsesi.info