“Mersedes” yanıb külə döndü…

  • By admin
  • 04 Fevral 2017 10:33

fhn-yangin-sonduren

Qubada yanğın qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Quba şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info