Mersin-Bakı qatarı işə düşdü

  • By admin
  • 27 Mart 2018 17:52

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Container” MMC Mersin-Bakı konteyner qatarının işə düşdüyünü məlumat verib.

Gununsesi.info xəbər verir ki, həmin qatar ayda iki dəfə hərəkət edəcək.

Qeyd olunur ki, bu yolla yüklərin çatdırılması 200 saat, məsafə 2850 kilometr təşkil edəcək.

Gununsesi.info