Merve Murada söz atdı: "Sevgilimi yanımda gəzdirərdim"

  • By admin
  • 26 Mart 2018 20:09


Aktrisa Merve Boluğur ötən gün Nişantaşıda görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir makiyaj firmasının reklam çarxından gəldiyini deyən aktrisa jurnaistlərin suallarını da cavablandırıb.

O, “Sevgiliniz varmı” sualına belə cavab verib.

“Sevgilim olsaydı, hazırda yanımda olardı. Əlindən tutar, yanımda gəzdirərdim”.

Bolğurun bu sözlərini hər kəs keçmiş əri, müğənni Murada söz atması kimi dəyərləndirilib.

Belə ki, Merve ilə 2 illik evliliyi ötən ilin sentyabrında bitən Dalkılıç bir neçə aydan sonra aktrisa Hande Erçellə sevgi münasibətinə başlayıb. Lakin eşqlərini hamıdan gizlədən cütlük heç vaxt yan-yana, əl-ələ görüntülənməyib.

Gununsesi.info