Meşə “soyqırım”ı aparanlara qarşı cəzalar sərtləşdirildi

  • By admin
  • 11 Noyabr 2016 12:16

mes%c9%99

Meşə Məcəlləsinin müddəları pozanlara qarşı sanksiyalar sərtləşdirilir.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayətə Məcəlləsinə edilən dəyişikliklərə əsasən qanunsuz olaraq kəsilən ağaclara görə beş mindən yeddi min manatadək cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutmaqdan məhrum etməklə, 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bundan əlavə olaraq CM-in 259.2 maddəsinə edilən dəyişikliyə görə: “yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Bu Məcəllənin 259.1-ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə – doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəlləninn 260.1-ci meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və ya zədələməyə görə, min manatdan iki min manatadək cərimə nəzərdə tutulur.

Məcəllənin 260.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə – Iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.

Bu Məcəllənin 260.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə – üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə, beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinə dəyişikliklər müzakirələrdən sonra qəbul edildi.

Mürtəza

Gununsesi. info