Meşə torpaqları ilə bağlı icarə müddəti 1 ildən 49 ilədək artırılır - "Bu, sahibkarlığın stimullaşdırılmasına xidmət edir"

  • By admin
  • 25 Yanvar 2017 11:38
eldar-1
Meşə bitkiləri ilə örtülü olmayan və qeyri-meşə  torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçilərinə icarə müqaviləsi əsasında  müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən 49 ilədək  veriləcək.
Qeyd edək ki, bu dəyişiklik Meşə Məcəlləsinə dəyişiklikdə nəzərdə tutulur.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçriilən iclasında komitənin  əvvəlcə 2016-ci ilin payız sessiyasında görüdüyü işlərin hesabatı, 2017-ci ilin yaz sessiyasının iş planı müzakirə olunaraq təsdiq olunub.
Bununla yanaşı, komitə üzvləri Meşə Məcəlləsinə nəzərdə tutulan dəyişikliyi müzakirə ediblər.
 
Dəyişiklik barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki,  mövcud  müddəaya əsasən meşə torpaqları icarəçiyə  1 ildən 10 ilədək verilirdi:
“Ancaq təklif edilən dəyişikliyə əsasən icarə müddəti 1 ildən 49 ilədək uzadılır. Bu dəyişiklik sahibkarlığın stimullaşdırılmasına xidmət edir. Sahibkarlar bu müddətdən istifadə edərək, daha yaxşı fəaliyyət göstərəcəklər”.
 Komitə sədri onu bildirib ki, bu dəyişikliyə əsasən heç də meşə torpaqları bütün icarəçilərə 49 il müddətinə verilməyəcək:
“Bu, belə deyil. Ola bilsin ki, müddət məsələsi  torpağı icarəyə verən  müvafiq icra hakimiyyəti orqanı ilə  icarəyə götürən sahibkar arasında razılaşdırılsın. Ola bilsin ki,  bu torpağı icarəyə verən şəxs torpağı 15-25 il müddətinə verə bilər və bu da torpağı icarəyə verənin hüququdur. Bu da mümkündür”.
Məcəlləyə dəyişiklik müzakirlərən sonra  təqdir olunaraq, parlamentin pleanr iclasında müzakirəyə tövsiyə olunub.
Mürtəza
Gununsesi.info